Roman Qriqorçuk: "Futbol həyatımda belə bir uğursuz gün yadıma gəlmir"

23:10 4 Mart 2015

Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunlarına Qəbələdə yekun vuruldu. Həmin oyunda “Simurq” “Qəbələ”ni 3-0 hesabı ilə məğlub etdi. 

 

 

 

Sportarena.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib:

 

"Bizim üçün uğursuz gün oldu. Hətta buraxdığımız qolları analiz etmək belə çətindir. Futbol həyatımda belə bir uğursuz gün yadıma gəlmir. Düzdür, bizim qol vurmaq şanslarımız da oldu. Amma yararlana bilmədik. Düşünürəm ki, futbolçularım “Qarabağ”la oyundan sonra yorğun idilər. Nəticədə futbolçular düzgün qərar verə bilmirdilər”.

 


Digər xəbərlər

Xəbər xətti