Georgi Çixradze: "Nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıyıq"

23:13 4 Mart 2015

Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunlarına Qəbələdə yekun vuruldu. Həmin oyunda “Simurq” “Qəbələ”ni 3-0 hesabı ilə məğlub etdi. 
 


Sportarena.az xəbər verir ki, oyundan sonra "Simurq"un baş məşqçisi Georgi Çixradze qələbəni belə şərh edib:
 
"Mən öz futbolçularımı təbrik edirəm. Kubok oyunları çətin olur. Çünki nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıyıq. Düzdür, ilk oyunda 3 qol vurduq. Amma qarşıda cavab oyunu var. Növbəti mərhələyə adlamaq üçün cavab matçında da qələbə qazanmaq lazımdır”. 

 


Digər xəbərlər

Xəbər xətti