Tərlan Əhmədov: "Millət vəkilləri uduzmağımız üçün mənə təzyiq etmişdilər"

23:38 4 Mart 2015

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

 

 

 

Sportartena.az xəbər verir ki, "Neftçi" doğma meydanda AZAL-la 0:0 bərabərə qalıb.  


"Bakcell Arena"da keçirilən qarşılaşmadan sonra qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov heç-heçəni belə şərh edib:


"Kubok oyunları hər zaman başqa motivasiyada olur. Futbolçulara ilk oyunda qol buraxmamağı tapşırmışdım. Gözəl oyun olmayacağını bilmirdim. Oyunçulara nəticə əldə etməyi tapşırmışdım. Komandanın oyunundan razı qaldım. Məşqçilər korpusuna proqram yazılıb, verilmişdi. Mütəmadı olaraq onlarla əlaqə saxlayırdıq. Allaha şükür ki, işimizdə nöqsan yoxdu. Bir dəfə mənə dedilər ki, filan oyunçu oyun satıb. Onu deyən də keçmiş oyunçumuz idi. Ona dedim ki, o qədər özünə elə işlərlə məşğul olmusan, indi də belə şeydən şübhələnirsən. Yadınızdadısa Türkiyə Arif Ərdəmin qolu ilə Azərbaycan millisi məğlub etmişdi. Həmin oyunda millət vəkilləri mənə uduzmağımız üçün təzyiq etmişdi. Çünki komandanın kapitanı mən idim. Ancaq mən onlara satılmaz insan olduğumu bildirdim. Belə söz-söhbətləri ortaya atanları özləri ilə baş-başa. buraxıram".

 


Digər xəbərlər

Xəbər xətti