"Xəzər Lənkəran" Bakıda qaldı

23:43 4 Mart 2015

Ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununda “İnter” klubuna səfərdə 0:2 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb.

 

 

Sportarena.az xəbər verir ki, komandamız ağır səfər  matçından sonra bir gün  istirahət edəcək. Komanda Lənkərana qayıtmadan martın 6-da “New Baku” otelində bir araya gələrək elə paytaxtda da məşq edəcək. Hazırlıq prossesi martın 6-da saat 13:30-da “Dalğa Arena” stadionunda keçiriləcək. Tələskənliyə səbəb isə qarşıdakı çempionat oyununa qədər hazırlıq üçün vaxtın az qalmasıdır. Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXV turu çərçivəsində mart ayının 8-də “Qarabağ” klubu ilə Bakıda qarşılaşacaq. Görüş T.Bəhramov adına stadionunda keçiriləcək.

 

Mənbə: 12cioyuncu.info

 


Digər xəbərlər

Xəbər xətti