Azərbaycan kubokunun 1/4 mərhələsində "Qəbələ”nin evdə "Simurq"a 0:3 hesabı ilə uduzması Ukrayna mətbuatının da diqqətindən kənarda qalmayıb.
Sportarena.az xəbər verir ki, həmkarlarımız əyalət təmsilçisinin böyükhesablı məğlubiyyətinin əsas səbəbkarı kimi "Çernomorets"dən tansfer olunan Dmitri Bezotosnının aşağı səviyyəli oyunu ilə əlaqələndiriblər: "Qəbələ"nin heyətində olan ukraynalılardan ikisi "Simurq"la görüşdə iştirak etdi. Oyunun ən uğursuzu isə Dmitri Bezotosnı idi. Ukraynalı qapıçı rəqibin vurduğu qollar zamanı kobud səhvlərə yol verdi. Bu məğlubiyyətdən sonra "Qəbələ"nin növbəti mərhələ şansı demək olar ki, yoxdur".
Qeyd edək ki, Qəbələ təmsilçisinin ukraynalı baş məşqçisi Roman Qriqorçuk qış fasiləsində komandaya ölkəsi "Çernomorets"dən Aleksey Qay, Ruslan Fomin, Dmitri Bezotosnı və Mixail Sivakovu gətirib.