Kristiano Ronaldo növbəti dəfə məşhur “goal.com” saytının hazırladığı ən zəngin futbolçular siyahısında yer alıb. O bu siyahıda Messini 1 pillə qabaqlayıb.
Sportarena.az xəbər verir ki, hazırda klubu olmayan, lakin karyerasını davam etdirən futbolçular da bu dəyərləndirmədə yer alıb. Siyahı 20 nəfərdən ibarətdir.
Hesablamalarda maaşlar, müqavilə müddətləri, mükafatlar, sərmayələr, sponsorluq müqavilələri, mülkiyyət və müəssisə gəlirləri əsas götürülüb.
Siyahını hazırlayan sayt bildirib ki, “futbolçuların bank hesabları əldə edilə bilmədiyi üçün şəxsi hesablar nəzərə alınmayıb. Bu səbəblə bu siyahıda kiçik fərqliliklər ola bilər”.
1. Ronaldo – 201 milyon avro
2. Messi - 200 milyon avro
3. Neymar - 135 milyon avro
4. İbrahimoviç – 105 milyon avro
5. Runi - 103 milyon avro
6. Kaka - 96 milyon avro
7. Eto’O - 87 milyon avro
8. Raul - 85 milyon avro
9. Ronaldinyo – 83 milyon avro
10. Lempard – 80 milyon avro
11. Şvaynştayger – 75 milyon avro
12. Rio Ferdinand – 72 milyon avro
13. Buffon – 68 milyon avro
14. Cerrard – 64 milyon avro
15. Yaya Ture – 62 milyon avro
16. Riberi – 61 milyon avro
17. Totti – 60 milyon avro
18. Pike – 58 milyon avro
19. Aquero – 58 milyon avro
20. Terri – 56 milyon avro