Ruslan Qurbanov: "Haydukda debüt matçımdan razı qaldığımı deməzdim"

22:44 5 Mart 2015

Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov Xorvatiyanın "Hayduk" klubundakı debüt matçından danışıb.

 

 

Sportaren.az xəbər verir ki, futbolçu azerisport.az saytına açıqlamasında bunları söyləyib:

"Vonoqradar"la oyun klubum üçün uğurlu alındı. 3:0 hesabıyla qalib gəldik və kubokun yarımfinalına yüksəldi. Şadam ki, baş məşqçi ikinci hissədə mənə də güvəndi. Komanda ilə cəmi dörd məşqə çıxmışdım. Öz oyunumdan razı qaldığımı deməzdim. Bilirəm ki, daha yaxşı oynaya bilərdim. Debüt matçımda öz mövqeyimdə oynamadım. Baş məşqçi məni forvard kimi meydana buraxmışdı".

 


Digər xəbərlər

Xəbər xətti