Braziliya millisinin sabiq hücumçusu Ronaldo yenidən futbola qayıdacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Sportarena.az xəbər verir ki, o, bu iddiaları təkzib edib:
"Yenidən futbolça qayıdacağımla bağlı xəbərlər yazılır. Bu, şayiədən başqa bir şey deyil. Yaşıl meydanlara qayıtmağı düşünmürəm".
Qeyd edək ki, 38 yaşlı Ronaldo 2011-ci ildə futbolçu karyerasını başa vurub.