17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının elit-raundunda Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlanıb.
Sportarena.az xəbər verir ki, Bakıda keçiriləcək qrup matçlarında yığmamızın üç görüşündən ikisi kiprli referi Dimitrios Massyasa tapşırılıb.
U-17 Avropa çempionatı, elit-raund
2-ci qrup
17 mart
16:30 Xorvatiya - Azərbaycan
Hakimlər: Dimitrios Massyas, Yoanis Lazarou (hər ikisi Kipr), Andreas Heydenreyx, Dominik Oskan (hər ikisi Avstriya).
Bakı. “Bakcell Arena”.
19 mart
16:30 Portuqaliya - Azərbaycan
Hakimlər: Dimitrios Massyas, Yoanis Lazarou (hər ikisi Kipr), Qreym Stuart, Andryu Dallas (hər ikisi Şotlandiya).
Bakı. “Bakcell Arena”.
22 mart
16:30 Azərbaycan - Serbiya
Hakimlər: Dominik Oskan, Andreas Heydenreyx (hər ikisi Avstriya), Yoanis Lazarou, Dimitrios Massyas (hər ikisi Kipr).
Bakı. “Bakcell Arena”.