"Simurq"un futbolçusu Samir Zərgərov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qəbələ" ilə cavab oyununda meydana çıxmayacaq.
Sportarena.az xəbər verir ki, buna səbəb onun cəzalı duruma düşməsidi.
Belə ki, Samir dünən "Qəbələ" ilə keçirilən ilk oyunun 20-ci dəqiqəsində cəzalanıb. 1/8 finalın “Rəvan”la matçında da xəbərdarlıq alan futbolçu bu səbəbdən "Qəbələ" ilə cavab matçını buraxacaq.