İtaliya Futbol Federasiyasının rəhbərliyi ağır maliyyə durumunda olan "Parma" klubuna kömək etmək fikrində olduğunu açıqlayıb.
Sportarena.az xəbər verir ki, Federasiyanın prezidenti Karlo Tavekkio A Seriyasının 26-cı turunda "Parma" - "Atalanta" matçının baş tutacağını bildirib.
"Bu oyunun keçirilməsi üçün plan hazırlamışıq. Artıq Parma şəhərinin meri Federiko Pizzarotti və klub nümayəndələri ilə görüşmüşük. Cümə günü yenidən bu barədə söhbətimiz olacaq".
Qeyd edək ki, çətin günlərini yaşayan "Parma" artıq çempionatda 2 turdur ki, meydana çıxa bilmir. Onların soyunub-geyinmə otağında olan bütün avadanlıqlar məhkəmə tərəfindən müsadirə olunub.
Maraqlı hal isə oxşar vəziyyətin bu mövsüm Azərbaycan Premyer Liqasında yaşanmasıdır. Belə ki, müflis olmuş "Bakı" komandasının danın