İtaliya kubokunun yarımfinal oyunlarına start verilib.
Sportarena.az xəbər verir ki, A seriyasının lideri “Yuventus” doğma divarlar arasında “Fiorentina”nı qəbul edib. Qarşılaşmada “Yuventus” “Fiorentina”ya 1:2 hesabı ilə uduzaraq, kubokla vidalaşıb. Florensiya klubunun finaldakı rəqibi “Latsio” – “Napoli” cütünün qalibi olacaq.
“Yuventus” - “Fiorentina” - 1:2
Qol: Lorente, 24;Sahal, 11; 56