Nigeriyanın “Kano Pillars” klubu silahlı basqına məruz qalıb.
Sportarena.az xəbər verir ki, soyğunçular tərəfindən edilən bu hücum nəticəsində 5 futbolçu yaralanıb.
Sabah ölkə çempionatında “Hertland” ilə səfər oyununa çıxmalı olan “Kano Pillars” Overi şəhərinə gedərkən yolda bu hadisə ilə qarşılaşıb.
Hadisədən sonra Nigeriya Futbol Federasiyası qarşılaşmanı təxirə salıb.