Braziliyanın yeni heyyəti açıqlandı

11:23 6 Mart 2015

Martın sonlarında FİFA-nın tərtib etdiyi təqvimə əsasən millilər meydana çıxacaq.

 

 

 

Sportarena.az xəbər verir ki, AÇ-2016-nın seçmə oyunlarıyla yanaşı, yoldaşlıq görüşləri də planlaşdırılır.

 

Braziliya millisini qaşıda iki yoxlama oyunu gözləyir. “Sambaçılar” Martın 26-da Parisdə Fransa və martın 29-da Londonda Çili millisiylə qüvvəsini sınayacaq. Artıq 23 nəfərlik heyət də məlumdur.

 

Braziliya millisinin baş məşqçisi Dunqanın yenilənmiş heyəti belədir:

 

Qapıçılar: Cefferson (Botafogo/Braziliya), Marselo Qrohe (Qremio/Braziliya), Dieqo Alves (Valensiya/İspaniya);

 

Müdafiəçilər: David Luiz, Markinyos, Tyaqo Silva (hamısı - PSJ/Fransa), Miranda (Atletiko/İspaniya), Fabinyo (Monako/Fransa), Marselo (Real/İspaniya), Filipe Luis (Çelsi/İngiltərə), Danilo (Portu/Portuqaliya);

 

Yarımmüdafiəçilər: Luiz Qustavo (Volfsburq/Almaniya), Fernandinyo (Mançester S/İngiltərə), Elias (Korintians/Braziliya), Souza (San Paulu/Braziliya), Oskar, Villian (Çelsi/İngiltərə), Roberto Firmino (Hoffenhaym/Almaniya), Filippe Koutinyo (Liverpul/İngiltərə), Duqlas Koşta (Şaxtyor/Ukrayna);

 

Hücumçular: Neymar (Barselona/İspaniya), Dieqo Tardelli (Şandonq Lunenq/Çin), Robinyo (Santos/Braziliya).

 


Digər xəbərlər

Xəbər xətti