Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Ukrayna yığması itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, martın 18-21-də Bakıda keçiriləcək qrup oyunlarında Azərbaycan, Danimarka və Belçika ilə mübarizə aparacaq Aleksandr Kosenkonun yetirmələri arasında Pyotr Şoturma olmayacaq
Buna onun məşq zamanı zədələnməsi səbəb olub. 3 həftə buraxmalı olan futzalçı Bakıdakı turnirdən kənar qalacaq. Onun əvəzinə milliyə Xarkov “Lokomotiv”inin universal üzvü Aleksandr Sorokin çağırılıb.