"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası , "Championship" və Şotlandiya liqasında çıxış edən futbolçular arasında sorğu keçirib. Sorğuda məqsəd ideal baş məşqçini müəyyənləşdirmək olub.
Sportarena.az xəbər verir ki, futbolçuların 48%-i "Çelsi"ni çalışdıran Joze Mourinyoya səs verib. Ondan sonra 31% – lə Xosep Quardiola ("Bavariya"), 8% – lə Arsen Venger ("Arsenal"), 6% – lə Sem Ellerdays ("Vest Xem") və Yurgen Klopp ("Borussiya" D), 1% – lə isə Roy Hocson (İngiltərə yığması) qərarlaşıblar.
Əlavə edək ki, səsvermədə 123 futbolçu iştirak edib.