AFFA Prezidenti Rövnəq Abdullayev yeni yayım dönəminin fərqli olacağı deyib.
Sportarena.az xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında bunları söyləyib:
"AFFA İcraiyyə Komitəsi yeni mövsümdən çempionatın yayımı üçün tender keçiriləcək. Yayım tenderi qazanan televiziyaya veriləcək. Buradan gələn gəlir də klublar arasında bölünəcək. Bu gəlir bölünməsi klubların reytinqinə görə bölünəcək, müəyyən qədəri PFL-də saxlanılacaq".