Bu gün AFFA-nın növbəti hesabat konfransı keçirilir.
Sportarena.az xəbər verir ki, “Park İnn” oteldə baş tutan tədbirdə 21 və 23 yaşlı futbolçuların maaşına limit məsələsi müzakirə olunub.
AFFA prezidenti Rövnəq Abdullayev bildirib ki, 21 yaşlı futbolçular 30 min, 23 yaşlı futbolçular isə bir ilinə 50 min manatdan artıq maaş ala bilməyəcək. Bu qayda pozularsa, həmin klub cərimələnəcək.