Futbolçunun sevgilisi döyüldü

15:11 6 Mart 2015

“Boka Xuniors”un hücumçusu Pablo Osvaldonun sevgilisi dəhşətli anlar yaşayıb.

 

 

Sportarena.az xəbər verir ki, aktrisa Himea Baron Buenos-Ayresin rayonlarından birində soyğuna məruz qalıb. Xəbər Osvaldonun məşqə gəlməməsindən sonra mətbuata sızıb. Xatırladaq ki, Pablo yanvarda “İnter”dən “Boka Xuniors”a keçib.

 

Argentina mətbuatının yaydığı xəbərə görə, quldurlar Baronun maşınının qarşısını kəsiblər və ondan avtomobilin açarını tələb ediblər. Aktrisa etiraz edəndə soyğunçular qızı maşından düşürdüb, üstündəki qiymətli daş-qaşı da talayıb və sonra fiziki təzyiq göstəriblər.

 

Hələ ki, soyğunçulardan bir xəbər yoxdur. Onlar hadisə yerindən maşını da götürüb qaçıblar. Buenos-Ayres polisi axtarışları davam etdirir.

 

Osvaldo əvvəllər “Atalanta”, “Leççe”, “Fiorentina”, “Bolonya”, “Espanyol”, “Roma”, “Sautqempton”, “Yuventus” və “İnter” kimi klubların şərəfini qoruyub. Argentina və İtaliya vətəndaşlığı olan forvard İtaliya millisində 14 oyun keçirib.

 

 


Digər xəbərlər

Xəbər xətti