“Bakı”nın sabiq baş məşqçisi Bojidar Bandoviç özünə yeni iş yeri tapıb.
Sportinfo.az xəbər verir ki, serb çalışdırıcı Tayland Superliqasında iştirak edən “BEÇ Tero Sasana”ya keçib. 2012/2013 mövsümündə “zolaqlılar”ın sükanı arxasında dayanmış çernoqoriyalı bir müddət əvvəl digər Tayland təmsilçisi “Buriram Yunayted”ə rəhbərlik edirdi.