"Feyenoord" azarkeşlərinin Roma şəhərinə vurduğu maddi ziyanın həcmi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, rotterdamlı fanatlar paytaxt mülkiyyətinə 5.2 milyon avro həcmində ziyan vurub. Fevralın 19-da baş vermiş insidentdə ən çox zərər məşhur memar Berninin "Barkaçça" fontanına dəymişdi. Toqquşmalar nəticəsində 13 italyan azarkeş xəsarət alımış və 53 fanat həbs edilmişdi.
Avropa Liqasının 1/16 final mərhələsində qarşılaşan rəqiblərin mübarizəsində isə "Roma" Holandiya təmsilçisini mübarizədən kənarlaşdırmışdı.