Bir günlük istirahətini yekunlaşdıran “Xəzər Lənkəran” Bakıda toplanaraq məşqlərə başlayıb.
Sportal.az xəbər verir ki, komanda martın 6-da günün birinci yarısında “New Baku” otelində bir araya gəlib. Daha sonra Mərdəkana yollanan komanda “Dalğa Arena” stadionunda məşqə çıxıb. Saat 13:15-də başlayan hazırlıq prossesi saatyarım sürüb. Alfred Sankou və Vyakeslav Tomiç yüngül zədəli, həmçinin yorğun olduqlarından qaçışla kifayətləniblər. Məşqin əsas hissəsi qapılara zərbələr üzərində çalışmalar və Covanni Melkiorenin rəhbəriyində müxtəlif fiziki hərəkətlərin yerinə yetirilməsindən ibarət oldu.
Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXV turunda “Qarabağ” klubunun qonağı olacaq. Oyun martın 8-də (saat 17:00) T.Bəhramov stadionunda keçiriləcək.
Mənbə: 12cioyuncu.info