“Barselona”nın “Vilyarreal”la İspaniya kuboku matçında zədələnən üzvü Serxio Busketsdən bəd xəbər gəlib.
Sportarena.az xəbər verir ki, klub həkimləri dizindən zədələnən 26 yaşlı yarımmüdafiəçinin zədəsinin ciddi olduğunu açıqlayıb.
Onun azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalması gözlənilir. Beləcə Busketsin Madrid “Real”ı ilə keçiriləcək “El Klassiko” matçında forma geyinə bilməyəcəyi dəqiqləşib. Martın 22-də bat tutacaq “Barselona” – “Real” dueli Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.