Türkiyə mediası Vaqif Cavadovu qınadı

00:10 7 Mart 2015

Türkiyənin "Boluspor" klubunun qış fasiləsində heyətinə qatdığı 3 futbolçu ümidləri puç edib.

 

 

Sportarena.az xəbər verir ki, qardaş ölkə mediası onlar arasında Vaqif Cavadovun da yer aldığını yazıb. 

 

Bildirilir ki, Belçika "Gent"indən alınan Ogün Aytaç Yavuz və "Dənizlispor"dan transfer olunan Ömər Alp Kulqa ilə 1,5 il, "Qaziantep BB"dən gələn Cavadovla yarım illik müqavilə bağlanılıb. Azarkeşlər və cameənin böyük gözləntilərinə rəğmən, bu isimlər ikinci dövrənin geridə qalan 6 həftəsində arzulanan oyunu ortaya qoymayıblar. Aleksandr Prijoviçə alternativ olaraq alınan azərbaycanlı hücumçu bir qayda olaraq, oyunların sonlarında meydana girib və cəmi bir məhsuldar ötürmə ilə yadda qalıb. Digər 2 futbolçu isə hələ "qırmızı-ağ" forma ilə debüt etməyib. 

 

Qeyd edək ki, hazırda "Boluspor" Türkiyə I Liqasında 22 turdan sonra 28 xalla 10-cu pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti