"Qarabağ"ın hücumçusu Reynaldo Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı oyunda iştirak edə bilməyəcək.
Sportarena.az xəbər verir ki, braziliyalı futbolçunun kiçik zədəsi var.
O, "Bakı" ilə ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsindəki oyunda zədələnib. Bu üzdən də onun cənub təmsilçisi ilə oyunu buraxması gözlənilir. Baxmayaraq ki, klubun həkimləri komandanın aparıcı futbolçusunun sıraya dönməsi üçün əllərindən gələni edirlər.