Qara Qarayevin "Malaqa"ya transfer olundu

11:01 7 Mart 2015

17 yaşadək futbolçulardan ibarət millimizin (U-17) və "Əlincə" klubunun futbolçusu Qara Qarayevin İspaniyanın "Malaqa" klubunun düşərgəsində baxışda olduğunu xəbər vermişdik.

 

 

 

Sportarena.az  xəbər verir ki, fevralın 3-dən 13-dək İspaniyanın Malaqa şəhərində hazırlıq keçmiş futbolçumuz baxışdan uğurla keçib.

 

Qaranı bəyənən ispaniyalı məşqçilər onun tezliklə klubun sıralarına qatılmasını xəbər göndərib. Belə ki, Qarayev U-17 millimizin bu ay Bakıda keçiriləcək Avropa çempionatının elit mərhələsindəki oyunlarında iştirak etdikdən sonra yenidən İspaniya klubunun düşərgəsinə yollanacaq. Mirbağır İsayevin yetirmələri isə martın 22-də qrupdakı son oyununu Serbiyaya qarşı keçirəcək. Məhz bundan sonra Qara Pireney yarımadasına üz tutacaq.

 

Yeri gəlmişkən, dünən 17 yaşını tamamlamış Qara "Malaqa"nın U-17 komandası ilə məşq edəcək. Avropa Birliyindən olmadığı və 18 yaşı tamam olmadığı üçün onunla hələ müqavilə bağlanmayacaq. O yalnız gələn ildən "Malaqa"nın uğurları üçün tər tökə biləcək.

 


Xəbər xətti