Azərbaycan velosipedçisi Olqa İsmayılova Litvada çempion olub.
Sportaren.az xəbər verir ki, Litvanın Panevejis şəhərində velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı "Panevejis-2015" turniri start götürüb. Yarışda Azərbaycan yığma komandasının 2 üzvü - Olqa İsmayılova və Nicat Niftəliyev də mübarizə aparırlar.
İlk yarış günü idmançılarımız üçün uğurlu alınıb. Belə ki, 500 metr məsafəyə sprint növündə mübarizə aparan O.İsmayılova bütün rəqiblərindən üstün olmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, final yürüşündə rusiyalı Yelena Brejnevanı qabaqlayıb və sürətini 51.45 km/saata çatdırmaqla finişi 34.985 saniyəyə keçib.
Turnirə sabah yekun vurulacaq.