Seriya A klubları "Parma"ya maliyyə yardımı edəcək

13:30 7 Mart 2015

Bu gün A Seriyasında iştirak edən klubların toplantısında "Parma"ya maliyyə yardımı edilməsi qərara alınıb.

 

 

Sportarena.az xəbər verir ki, "Parma" üçün 5 milyon avro yardım ayrılıb. Bu məbləğ kluba çempionatı başa vurmağa imkan yaradacaq. Amma komanda üzvləri də bu şərtlərlə meydana çıxmağa razı olmalıdır. Futbolçular isə klubdan uzun müddətli zəmanət tələb edirlər.

 

Qeyd edək ki, "Parma"nın borcları 96 milyon avrodan çoxdur. Klubun iflasla üz-üzədir.

 


Digər xəbərlər

Xəbər xətti