Poqba yenidən Fransaya qayıdır?

14:08 7 Mart 2015

“Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqba karyerasını ölkəsində davam etdirməyə çox yaxındı.

 

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi PSJ-nin təklifini müsbət cavablandırmaq niyyətindədi.

 

Danışıqlar baş tutacağı halda, Poqba yayda Paris klubuna keçəcək. O, yeni komandasında illik 10 milyon avro qazanacaq. “Yuventus”da isə Poqbanın maaşı 4,5 milyon avronu əhatə edir.

 

Qeyd edək ki, Fransa yığmasının da üzvü olan Poqba Turin klubunda 2012-ci ildən çıxış edir.  

 


Digər xəbərlər

Xəbər xətti