"Şerif" "Simurq"un futbolçusunu geri çağırır

14:55 7 Mart 2015

İcarə əsasında "Simurq"da forma geyinən Marko Stanoyeviç mövsüm başa çatan kimi müqavilə ilə məxsus olduğu "Şerif"ə geri dönəcək.

 

 

Sportarena.az xəbər verir ki, futbolçunun Azərbaycan Premyer Liqasında müntəzəm forma geyinməsi və Zaqatala klubunun aparıcı futbolçusuna çevrilməsi moldovanları bu addımı atmağa vadar edib.

 

Artıq onlar Stanoyeviçə xəbər də göndəriblər ki, mövsüm başa çatan kimi birbaşa Moldovaya qayıtsın.

 


Digər xəbərlər

Xəbər xətti