Bakı Olimpiya Stadionunun istismara hazırlığı ilə bağlı akt imzalandı

16:17 7 Mart 2015

2012-ci ilin dekabr ayında  tikintisinə başlanılmış “Bakı Olimpiya stadionu”nun istismara hazırlığı ilə bağlı akt imzalanmış və müvafiq icra hakimiyyəti tərəfindən obyektin istismarına icazə verilmişdir.

 

Sportarena.az xəbər verir ki, obyekt Gənclər və idman nazirliyi tərəfindən podratçıdan təhvil alınmışdır.

Məlumat üçün bildirək ki, Bakı Olimpiya stadionun sifarişçisi Azərbaycan Respublikası Gənclər və idman nazirliyi, Baş podratçısı Dövlət Neft Şirkəti (ARNDŞ), Subpodratçı isə  “Tekfen İnşaat və təsisat A.Ş”  olmuşdur. Prosedura uyğun şəkildə layihə sənədləri hazırlanmış və müvafiq qaydada ekspertizadan keçirilmişdir.

Stadionun tikintisi cədvəl əsasında vaxtında aparılmışdır. Obyektin müvafiq təşkilatlar  tərəfindən  yoxlanılması işləri aparılmış və  tikinti  norma və qaydalarına, layihə sənədlərinə uyğun tikilməsi barədə rəy verilmişdir. Yuxarıda qeyd edilən sənədləşmə işləri başa çatdıqdan sonra obyektin  istismarına aidiyyatı qurum  tərəfindən müvafiq qaydada icazə verilmişdir.

Qeyd edək ki, 12-28 iyun 2015-ci il tarixlərdə Bakıda ilk dəfə olaraq keçiriləcək Avropa oyunlarının açılış və bağlanış mərasimləri bu məkanda baş tutucaq. 

 


Digər xəbərlər

Xəbər xətti