"Xəzər Lənkəran" son məşqə çıxdı: Skarlatakeyə əlavə 20 dəqiqə

18:44 7 Mart 2015

“Xəzər Lənkəran” sabah Premyer Liqanın növbəti turu çərçivəsində “Qarabağ”la keçiriləcək görüş öncəsi Tofiq Bəhrəmov adına Respublika Stadionunda son məşqinə çıxıb.

 

 

Klubdan Sportarena.az saytına verilən məlumata görə, komanda tam heyətlə hazırlıq keçib. Zədədən yeni qayıdan müdafiəçilər, Tural Cəlilov və Skarlatake məşq boyu fəallığı ilə seçilib. Rumun müdafiəçi əsas hazırlıqdan əlavə fiziki məşqçi Covanni Melkiorre ilə birlikdə 20 dəqiqə fiziki məşq də keçib.

 

Qeyd edək ki, “Qarabağ” – “Xəzər Lənkəran” matçı sabah baş tutacaq və qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.


Digər xəbərlər

Xəbər xətti