"İnter"in baş məşqçisi Roberto Mançini komandasının növbəti mövsüm Skudetto üçün mübarizə aparacağını bildirib.
Sportarena.az xəbər verir ki, italyan mütəxəsis Məhəmməd Salahı transfer etmək istədiklərini də qeyd edib.
"Həqiqətən, Salah "İnter"də oynamaq barədə düşünürdü və onun transferi tam mümkün idi. Onunla hətta telefonla da danışmışdım. Keçid alınmasa da, mümkün idi. Bilirdim ki, "Chelsea" Kuadradonu istəyir. Ona görə Salahı kolumbiyalı futbolçu ilə dəyişdirdilər. Amma bizim belə imkanımız yox idi".