Kloze Almaniya yığmasından imtina etdi

13:05 8 Mart 2015

“Latsio” futbol klubunun hücumçusu Miroslav Kloze 2014-cü ildə Braziliyada keçirilən Dünya çempionatından sonra Almaniya yığmasını tərk etdiyinə görə heyfslənmədiyini bildirib.

                          

 

Sportarena.az xəbər verir ki, futbolçu yığmaya qayıtmaq istəmədiyini deyib.

“Mən daha oynamamaq qərarına gəldim. Lakin hələ karyeramı bitirməmişəm. Yığmada 137 oyun keçirmişəm. Mən indiyədək qəbul etdiyim qərarları dəyişməmişəm” – deyə futbolçu bildirib.

 


Xəbər xətti