"Poqba klubu tərk etməli olmayacaq"

14:23 8 Mart 2015

"Yuventus"un şərəfini qoruyan Pol Poqbanın artıq PSG ilə razılığa gəldiyi barədə xəbərlər İtaliya mediasını zəbt edib.

 

 

Sportaren.az xəbər verir ki, fransız futbolçunun agenti Mino Rayola bu məsələyə aydınlıq gətirərək yarımmüdafiəçinin böyük ehtimalla "Yuventus"da qalacağını bildirib.

"Yuventus"la razılaşdıq ki, Poqba klubu tərk etməli olmayacaq. Prezident Andrea Anyelli, idman direktoru Pavel Nedved, Beppe Marotta və Fabio Paratiçi ilə söhbət etdim. Klubun pula ehtiyacı yoxdur. Hal-hazırda "Yuve"dəki şərait Poqba üçün idealdır. Yalnız o vaxt Turini tərk edə bilərik ki, hamını razı salan vəziyyət yaransın. Polu 7 klub istəyir və bu dəqiqdir. Çünki onların hamısı mənimlə əlaqə saxlayıb. Bunlar "Real Madrid", "Barselona", PSJ, "Bayern Münhen", "Mançester Yunayted", "Mançester Siti" və "Çelsi"dir. İstəsəm günü sabah Poqbanı PSG və "Çelsi" klubuna münasib məbləğə gətirərəm. Amma Poqba başqa klub tapmağı məndən xahiş etməyib. Hazırda onun "Yuventus"da qalmaq ehtimalı 99%-dir. Pol ancaq 2 halda satıl bilər: klubu özü tərk etmək istəsə və əlverişli təklif gəlsə. Əlbəttə, yerdə qalan 1% tələb bazarından asılıdır. Təxminən 1il yarım öncə Marotta və Paratiçi də bazar strategiyası üzərində işləyirdi. "Real" 18 ay öncə Poqbanı istəyirdi. Amma onların mənə münasibətindən xoşum gəlmədi. "Yuve" 50 milyon avro tələb edirdi. Madrid təmsilçisindən mənə dedilər ki, bu, gülünc məbləğdir. Hətta Karlo Ançelotti də bu fikirdə idi. İndi o, Poqbaya heyrandır. "Barselona" növbəti variant ola ola bilərdi. Hazırki situsiyada Turində qalmaq burdan getməkdən daha asandır. Məlumdur ki, "qoca senyora" Polu klubda saxlasa, 2-3 ildən sonra ona daha yüksək transfer qiyməti qoyacaq. Poqba çox sakit və üzüyola insandır. Zlatan İbrahimoviç heç vaxt belə olmayıb. Onunla çalışanda elə hiss edirəm ki, əlimdə atom bombası tutmuşam. Poqba hər şeyi çox gözəl anlayır, "Yuventus"a minnətdarlıq və hörmət bəsləyir".

 


Digər xəbərlər

Xəbər xətti