"Qarabağ"ın bir nömrəli xanım fanatı Sevinc Məmmədova bu gün də sevimli komandasını tək buraxmayıb. Havanın soyuqluğuna rəğmən. "Tofiq Bəhramov"un boş tribunalarında özünü yalqız hiss etmir. Çünki Rəşad Sadıqov və yoldaşları meydandadı.
Sportarena.az xəbər verir ki, o, "Xəzər Lənkəran"la qarşılaşmaya xüsusi banerlə gəlib. "Boş verin 8 martı" "Qarabağ"ın hər matçı mənim üçün bayram"dı yazılı plankartla stadiona təşrif buyuran xanım "komandamdan hədiyyəmi gözləyirəm" deyib.