Azərbaycan Premyer Liqasının XXV turu AZAL üçün uğurlu alındı. Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda “AZAL Arena”da “Bakı”nı 2-0 hesabı ilə məğlub etdi.
Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi İbrahim Uzunca oyun haqqında fikirlərini bölüşüb:
“İlk hissədə şanslarımız vardı. Amma yararlana bilmədik. Qırmızı vərəqə aldıqdan sonra məğlub olduq. Gənc oyunçuları əvəzedicidən gətirmişik. Bir səhv futbolçuların həvəsdən düşməsinə səbəb olur. Bütün bunlara baxmayaq, mən oyunçularımı təbrik edirəm”.