Tərlan Əhmədov: "İlk dəfə idi ki, oyuna görə bu qədər narahat idim"

19:00 8 Mart 2015

Azərbaycan Premyer Liqasının XXV turu AZAL üçün uğurlu alındı. Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda “AZAL Arena”da “Bakı”nı 2-0 hesabı ilə məğlub etdi.

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov oyun haqqında fikirlərini bölüşüb:

“Açığı, ilk dəfə idi ki, oyuna görə bu qədər narahat idim. Çünki bu tip oyunlara komandanı kökləmək çox çətin olur. İlk hissədə yaxşı oynaya bilmədik. İkinci hissədə isə toparlanıb, qələbə qazandıq. “Bakı” ilə oyunu unudub, “Neftçi” ilə kubokun cavab oyununa hazırlaşmalıyıq. Rəşad Abdullayev oyunda qırmızı vərəqə aldı. Hər halda, yan xətt hakimi bunu dəqiq gördü. Rəşad bu hərəkəti etməməli idi. Əgər Rəşad qırmızı vərəqə aldısa, burada hakimin günahı yoxdur, futbolçunun günahı var”.
 
 


Digər xəbərlər

Xəbər xətti