Sonuncu çempion “Qarabağ” Topaz Premyer Liqasının XXV turunda “Xəzər Lənkəran”ı məğlub etdi – 1-0.
Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov oyun barədə fikirlərini bölüşüb:
“Düşünürəm ki, çempionatda ən vacib 3 xalı qazandıq. “Xəzər Lənkəran” çox istəklidir və sərbəst oynayır. Bütün bunlara baxmayaraq, 3 xal əldə etdik. “Xəzər Lənkəran” isə böyük perspektiv vəd edir. Məncə, bütün komandalar üçün “Xəzər Lənkəran”la oyun çətin keçəcək. Çünki “Xəzər Lənkəran” öz oyununu tapıb”.