Azərbaycan Premyer Liqasının XXV turunda “Sumqayıt”ı 2-0 hesabı ilə məğlub edən “Qəbələ” turnir cədvəlində 4-cü pilləyə yüksəldi.
Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Aqil Məmmədov oyun barədə fikirlərini bölüşüb:
"Birinci hissəyə çox pis başladıq. İkinci hissədə toparlanıb oyunda tarazlıq yaratdıq. Amma qol vura bilmədik. Müdafiədə yaxşı oynayırıq, hücumda isə çətinlik çəkirik. Bunun üzərində işləmək lazımdır. "Qəbələ"yə uğurlar arzulamaq istəyirəm".