Azərbaycan Premyer Liqasının XXV turunda “Sumqayıt”ı 2-0 hesabı ilə məğlub edən “Qəbələ” turnir cədvəlində 4-cü pilləyə yüksəldi.
Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk oyun barədə fikirlərini bölüşüb:
"Qələbə qazandığımıza görə şadam. Liderlərdən geridəyik və hər oyun meydançaya 3 xal üçün çıxmalıyıq. Birinci hissədəki oyunumuzdan razıyam. İkinci hissədə hesabı qorumağı tapşırmamışdım. Sadəcə, oyunçuların psixologiyası tam formalaşmıyıb. Onlar başa düşməlidir ki, 2-0 sürüşkən hesabdır. Sona kimi oynamaq lazımdır. Ümumilikdə, oyunumuzdan razıyam. Futbolçularımı təbrik edirəm".