Türkiyə PTT 1-ci Liqasında 23-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Altınordu" ilə qarşılaşıb. Matç Vaqifin klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cavadov oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Boluspor" hazırda 31 xalla 9-cu pillədə qərarlaşıb.