Ruslan Qurbanov oynamadı, "Hayduk" qələbə qazandı

00:24 9 Mart 2015

Xorvatiya çempionatında 24-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Osiyek"lə üz-üzə gəlib. Matç həmyerlimizin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ruslan matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, Split təmsilçisi hazırda 36 xalla 3-cü pillədə qərarlaşıb.


Xəbər xətti