"Xəzər Lənkəran" istirahətə çəkildi

11:22 9 Mart 2015

Premyer Liqanın XXV turunda “Qarabağ”la səfərdə qarşılaşan “Xəzər Lənkəran” bir günlük sərbəst buraxılıb.

 

Sportarena.az xəbər verir ki, Lənkəran təmsilçisi məğlubiyyətdən sonra bir gün ərzində istirahət edəcək. Sabah, günün birinci yarısında tam heyətlə doğma şəhərdə bir araya gələcək komanda saat 16:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” ölkə kubokunun ¼ final mərhələsinin cavab oyununda martın 13-də “Fırtınalar meydanı”nda “İnter” klubunu qəbul edəcək.

 

Mənbə: 12cioyuncu.info

 


Digər xəbərlər

Xəbər xətti