Serbiya yığmasının Azərbaycana gələcək heyəti açıqlandı

11:37 9 Mart 2015

Serbiyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının Azərbaycana gələcək heyəti açıqlanıb.

 

 

Sportarena.az xəbər verir ki, serblərin baş məşqçisi Deyan Qovedariça 21 oyunçuya dəvət göndərib.

 

Bu ay Bakıda keçiriləcək Avropa çempionatının elit-raund mərhələsinin II qrupunda yer alan Serbiya millisi martın 15-də ölkəmizə səfər etməyi planlaşdırır. Qovedariça 21 futbolçudan 3-nü Serbiyadakı toplanışdan sonra siyahıdan çıxaracaq və Bakıya 18 oyunçu gətirəcək.

 

Serbiya yığmasının heyəti belədi:

Qapıçılar: Aleksandr Stankoviç (“Srvena Zvezda”), Marko İliç (“Voyvodina”)

Müdafiəçilər: Sava Radiç (“Çukariçki”), Nikola Dukiç, Luka Kuçin (hər ikisi “Partizan”), Dominik Dinqa (“Voyvodina”), Aleksandr Stanisavlyeviç (MOİK, Rusiya), Nikola Peyoviç (Srvena Zvezda”), Marko Şişkov (“OFK Belqrad”)

Yarımmüdafiəçilər: Yovan Nişiç, Filip Çermelj, Stefan İliç (hamısı “Partizan”), Erhan Maşoviç, Zehrudin Mehmedoviç (hər ikisi “Çukariçki”), Petar Miliç (“OFK Belqrad”), Stefan Çvetkoviç (“Srvena Zvezda”)

Hücumçular: Luka Dokiç (“OFK Belqrad”), Nikola Qayiç (“Voyvodina”), Milan Panoviç (“Srvena Zvezda”), Tomislav Todoroviç, Sava Petrov (hər ikisi “Partizan”).

Qeyd edək ki, Bakıda təşkil ediləcək II qrupun oyunları martın 17, 19 və 22-də keçiriləcək. Serbiya və Azərbaycanla yanaşı, Portuqaliya ilə Xorvatiya da ilk iki pillə uğrunda mübarizə aparacaqlar.

 


Digər xəbərlər

Xəbər xətti