Millimizin futbolçusunun baş məşqçisi istefa verdi

11:49 9 Mart 2015

Yığmamızın yarımmüdafiəçimiz Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" baş məşqçisiz qalıb.

 

 

Sportarena.az xəbər verir ki, komandanın çalışdırıcısı Ümit Özat istefa verib.

 

Ötən gün Elazığ klubu səfərdə millimizin sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor"la görüşdə 1:0 hesabı ilə məğlub olduqdan sonra gənc mütxəssis istefa ərizəsini komandanın prezidenti Selcuk Öztürkə tədim edib. Rəhbərlik də onun ərizəsini qəbul edərək, məşqçi axtarışına başlayıb.

 

Bundan sonra "Elazığspor"u Levent Əriş, Cihad Arslan, Hasan Şaş və Fatih Təkkə kimi tanınmış şəxslər çalışdıra bilər. Əgər klub adı çəkilən mütəxəssislərin biri ilə razılığa gələ bilsə, futbolçumuza rəhbərlik edəcək.

 

Qeyd edək ki, "Elazığspor" hazırda 27 xalla 13-cü pillədə yer alır.

 


Digər xəbərlər

Xəbər xətti