Azərbaycan Premyer Liqasında anti-rekord

12:46 9 Mart 2015

Azərbaycan Premyer Liqasının 25-ci turu üçün azarkeş sayı açıqlanıb.

 

 

Sportarena.az xəbər verir ki, turun ən çox tamaşaçı toplayan oyunu “Neftçi” – “İnter” matçı (0:2) olub. Bakıxanov qəsəbə stadionundakı oyuna 1500 azarkeş gəlib.

25-ci turun ən az maraq doğuran matçı isə AZAL – “Bakı” qarşılaşması (2:0) olub. Şüvəlandakı oyunda tribunalarda cəmi 200 azarkeş olub.

Turun digər qarşılaşmalarından “Qarabağ” – “Xəzər Lənkəran” oyununa (1:0) 1000, “Qəbələ” – “Sumqayıt” matçına (2:0) isə 300 tamaşaçı gəlib.

Ümumilikdə turun 4 oyununu 3000 azarkeş tribunalardan izləyibki, bu da hər oyuna orta hesabla 750 tamaşaçı deməkdir. Bu göstərici cari mövsümüçün anti-rekorddur.Beləki, bundan öncə 13-cü turda ən aşağı nəticə qeydə alınmışdı. O vaxt turun 4 oyununu orta hesabla 775 azarkeş izləmişdi. 

 


Digər xəbərlər

Xəbər xətti