"Real Madrid"in aparıcı müdafiəçilərindən olan Serxio Ramos ümumi qrupla məşqlərə başlayıb.
Sportarena.az xəbər verir ki, Ramos "Şalke" ilə keçiriləcək Çempionlar Liqasının 1/8 final oyununa qədər tam hazır olacaq.
Madrid təmsilçisini bundan sonra "Barcelona" ilə çətin səfər matçı da gözləyir.
Ramosun yoxluğunda "Real"ın qeyri-qənaətbəxş çıxışı diqqət çəkir. Son olaraq "kral klubu" "Atletik"ə təslim olub 0:1.