"Barselona"dan Poqba açıqlaması: "Ümid edirəm ki, Messi "Barselona"da qalacaq"

15:22 9 Mart 2015

"Barselona"nın transfer məsələlərinə məsuliyyət daşıyan rəsmilərindən Ariedo Braida Lionel Messi və Kataloniya klubuna transferi gündəmdə olan "Yuventus"lu Pol Poqbayla bağlı açıqlama verib. 

 

Sportarena.az xəbər verir ki, Braida Poqbanın "Barsa"ya mümkün transferi haqda bunları deyib:

"Barselona"nın həmişə zirvədə yer alması üçün böyük oyunçulara ehtiyacı var. Bu, klubun təməl prinsiplərindən biridi".

Klub rəsmisi "Barsa"dan ayrılmaları gündəmdə olan üç futbolçu haqda da fikirlərini bildirib:

"Pedro komandamız üçün çox önəmli futbolçudu. Xavinin gələcəyi də "Barselona"da olmalıdı. Çünki o, çox yaxşı bir baş məşqçiyə sahibdi. Dani Alveşə gəlincə, hələ ki, onunla bağlı heç bir klubla görüşümüz olmayıb. "Real"la "el klassiko"ya qədər də bir görüş olmayacaq".

Braida bir müddət əvvəl baş məşqçi Luis Enrikeylə münasibətləri pozulduğu üçün "Barsa"dan ayrılacağı söylənilən Messi haqda da danışıb:

"Futbolda qəribə şeylər yaşana bilər. İndi "Mançester Siti" kimi klublar var və sanki pulun heç bir dəyəri qalmayıb. Bəzən "mümkün deyil" dediyiniz şeylər ola bilər. Amma ümid edirəm ki, Messi "Barselona"da qalacaq".


Digər xəbərlər

Xəbər xətti