“Lion"un gənc futbolçusu Nabil Fekir Fransa millisində çıxış etməyi qərara alıb.
Sprotarena.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi doğulduğu Fransa və mənşəcə mənsub olduğu Əlcəzair arasında seçim edərkən birinciyə üstünlük verib. Qeyd edək ki, cari mövsümdə Fekirin aktivində 11 qol və 9 məhsuldar ötürmə var.